AZ

Məşhur aparıcı istintaqda: Eskobarla bağlı ifadə gündəmə oldu

Türkiyədə məşhurları hədəf alan narkotik əməliyyatı çərçivəsində aparılan istintaq zamanı xəbər aparıcısı Ela Rümeysa Cebecinin səsləndirdiyi ifadə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, istintaq materiallarına daxil edilən dialoqda Cebecinin “Mən Eskobaram?” deməsi məşhur narkobaron Pablo Eskobarın həyatını yenidən gündəmə gətirib.

Araşdırmalardan məlum olub ki, Cebeci dostu tərəfindən ona yazılan “Səndə narkotik maddə varmı?” sualına zarafatla bu cavabı verib.

Sözügedən ifadə istintaq sənədlərinə daxil edildikdən sonra Pablo Eskobarla bağlı məlumatlar yenidən diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, Pablo Emilio Eskobar Qaviria gənc yaşlarından cinayət aləminə qoşulub. O, Medellin Kartelini quraraq Kolumbiyadan ABŞ-a kokain daşınmasının əsas hissəsinə nəzarət edib. Cinayətkar fəaliyyətlərinə baxmayaraq, Eskobar bir müddət siyasətə də qoşularaq parlamentin əvəzedici üzvü seçilib. Sosial layihələr vasitəsilə bəzi bölgələrdə “xalq adamı” imici qazansa da, bu, onun törətdiyi cinayətlərin miqyasını dəyişməyib. Uzunmüddətli axtarışlardan sonra Pablo Eskobar 2 dekabr 1993-cü ildə Medellin şəhərində təhlükəsizlik qüvvələri ilə atışma zamanı öldürülüb. Eskobarın həyatı illər ərzində çoxsaylı film və seriallara mövzu olub.

Seçilən
78
publika.az

1Mənbələr