AZ

Bərdə taxılçıları indiyədək 12 min hektaradək sahədə səpin aparıblar

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bərdə, 23 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Bərdə rayonunun taxılçıları gələn ilin məhsulu üçün indiyədək 12 min hektar sahədə şum qaldırılıb, 11 min 967 hektarda səpin aparıblar.

Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun müdiri Vahid Allahverdiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, səpin həyata keçirilən sahələrin 5410 hektarı buğda, 6557 hektarı arpadır. Taxıl səpini kampaniyasında 2263 ton sertifikatlı toxum istifadə olunub. Fermerlər daha çox buğdanın “Mətin”, “Qırmızıgül”, “Tunc”, “Murov”, arpanın “Qarabağ-22”, “Qarabağ-33”, “Günəş” sortlarına üstünlük verirlər. Yüksək məhsuldarlığa nail olmaq üçün səpinlə birlikdə sahələrə 539 ton gübrə verilib.

Səpin həyata keçirilən sahələrin hamısı suvarılan torpaqlardır. İndiyədək 11 min 400 hektar sahədə suvarma aparılıb. Vaxtında səpin aparılmış sahələrdə normal çıxış alınıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
azertag.az

1Mənbələr