AZ

Xudat şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkı əsaslı təmirdən sonra istifadəyə verilib – FOTOLAR

Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Xudat şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkı əsaslı təmirdən sonra istifadəyə verilib.
Parkda sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb, park ərazisi tamet daşları ilə döşənib, yeni oturacaqlar qoyulub, idman avadanlıqları yerləşdirilib, uşaqlar üçün müasir və təhlükəsiz oyun-əyləncə qurğuları quraşdırılıb. Ərazidə genişmiqyaslı yaşıllaşdırma işləri aparılıb, müasir tələblərə cavab verən gecə işıqlandırma sistemi quraşdırılıb, mövcud fəvvarə yenilənib.
Açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seçilən
22
7times.az

1Mənbələr