Rumıniya hökumətində dəyişikliklər həyata keçirilib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Radu Miruta Rumıniyanın yeni milli müdafiə naziri, İrineu Dara isə iqtisadiyyat, rəqəmsallaşdırma, sahibkarlıq və turizm Naziri təyin edilib. Müvafiq fərmanlar Prezident Nișor Dan tərəfindən imzalanıb.
Hər iki nazir mərkəz-sağçı "Rumıniyanı Xilas Et Birliyi" partiyasına mənsubdur. Radu Miruța həmçinin İlie Bolojan hökumətində Baş nazirin müavini vəzifəsini icra edəcək.
Əvvəlki müdafiə naziri İonut Motteanu rəsmi tərcümeyi-halında təhsili ilə bağlı yalan məlumat verməsi ilə bağlı qalmaqaldan sonra 28 noyabrda istefa verməyə məcbur olub, əvvəlki iqtisadiyyat naziri Radu Miruta isə müdafiə naziri vəzifəsini icra edir.
Cavid