AZ

Vuçiç: Serbiya Rusiya ilə qaz tədarükünün martın sonunadək uzadılması barədə razılığa gəlib

ain.az bildirir, Apa.az portalına istinadən.

Serbiya Rusiya ilə qaz tədarükünün müddətinin mart ayının sonunadək uzadılması barədə razılıq əldə edib.

APA xəbər verir ki, bu barədə “RTS” Serbiya Prezidenti Aleksandar Vuçiçə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, Serbiya qarşıdakı qış mövsümü üçün həm elektrik enerjisi, həm də kifayət qədər qazla təmin olunacaq.

“Biz qaz tədarükünün daha üç ay – 31 mart tarixinədək uzadılması barədə razılığa gəldik ki, insanlar arxayın olsun və rahat yatsınlar”, – Vuçiç vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
2
apa.az

3Mənbələr