AZ

“Araz-Naxçıvan”ın prezidentinin şirkətinin qanunsuz fəaliyyəti aşkar edilib

Daha əvvəl xəbər verdiyimiz kimi, aralarında “Araz-Naxçıvan” klubunun prezidenti Zaur Axundova məxsus “Səmayə Co LTD” MMC də olan bir neçə şirkət barəsində barəsində məhkəmə işi açılmışdı.

Apasport.az xəbər verir ki, məsələ ilə bağlı artıq 17 nəfər saxlanılıb. 

Bu barədə APA məlumat yayıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı davam etdirilən digər cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayət əməllərinin törədilməsində iştirak etmiş “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” və digər Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin də qanunsuz fəaliyyəti ifşa edilib.

Xatırladaq ki, bir müddət əvvəl Zaur Axundova məxsus şirkət ölkədə siqaret qaçaqmalçılığı ilə bağlı keçirilən əməliyyat zamanı saxlanılan daha üç nəfərlə əlaqəli cinayət işi üzrə təqsirli bilinmişdi.

"Fənərbaxça" – "Beşiktaş" derbisi bu kanalda

AFFA İntizam Komitəsi bölgə klubuna texniki məğlubiyyət verib

“Misli”nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatdı

FIFA reytinqi: Millimiz ili 127-ci pillədə başa vurub

"Neftçi"nin kapitanı Premyer Liqada 50-ci qolunu vurub

Seçilən
79
2
apasport.az

3Mənbələr