AZ

QHT sədri: "Vətəndaş cəmiyyəti 2025-ci ildə beynəlxalq miqyasda gücünü nümayiş etdirdi"

“Yeni Fikir” Jurnalistlərin Həmkarlar İctimai Birliyinin sədri Elmira Mehdiyeva QHT.az-a açıqlamasında bildirib ki, hər zaman dövlətin yanında olan, onun siyasətini dəstəkləyən QHT sektoru ölkədə gedən ictimai-siyasi dəyişiklikləri yaxından izləyir və bütün dövlət tədbirlərində ən fəal tərəflərdən biri kimi iştirak edir.

Onun sözlərinə görə, son illər Azərbaycanın vətəndaş cəmiyyətinin fəaliyyət konturları əhəmiyyətli dərəcədə genişlənib:

"Artıq beynəlxalq tərəfdaşlarla birgə fəaliyyətə qoşulan həm QHT Agentliyi, həm də ayrı-ayrı QHT-lər özlərinin yüksək təşkilatçılıq bacarıqlarını, liderlik qabiliyyətlərini, birgə işləmə bacarıqlarını sübut etdilər. Artıq bu sektorun beynəlxalq tədbirlərinə Bakı ev sahibliyi edir. Qlobal Cənub QHT Platformasının 2025-ci il aprelin 28-29-da Bakıda keçirilən təsis konfransı  buna bariz misal ola bilər. Orada səsləən bu sözlər heç də təsadüfi deyilən sözlər deyildir: “Tarixdə ilk dəfə Qlobal Cənub QHT Platformasının təsis olunması nəzərdə tutulur. Bizim üçün şərəf və qürurdur ki, bu platformanın təşəbbüskarı Azərbaycanın vətəndaş cəmiyyətidir”.  Dünyanın 110-dan artıq ölkəsindən aparıcı QHT rəhbərləri Bakının dəvətini qəbul edərək Bakıya gəldi. Bu, Qlobal Cənub üçün də, Azərbaycan üçün də əsl QHT səfərbərliyi  idi, burada həmrəylik nümayiş etdirildi, vətəndaş cəmiyyəti öz gücünü birləşdirdi".

QHT sədri həmçinin bildirib ki, 2025-ci il noyabrın 25-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun keçirilməsi də mühüm hadisə idi. Artıq belə tədbirlərin keçirilməsi bir ənənə şəklini almışdır:

"İlə nəzər salsaq görmək olur ki, onun hər günü, hər saatı vətəndaş cəmiyyəti üçün gərgin olmuşdur. Fəaliyyətlərin coğrafiyasının ünvanı  artıq təkcə Azərbaycan deyil. QHT-lərimiz dünən xəyal kimi görünən mövzularda onlar üçün əlçatmaz hesab edilən ünvamlarda layihələr reallaşdırırlar. Bu həmrəylik, bu iş birliyi ümid edirik ki, 2026-cı ildə də davam edəcək. Yeni ildə imzası atılacaq hər bir layihəyə uğur diləyirik".

Seçilən
25
qht.az

1Mənbələr