AZ

İLHAM ƏLİYEV ZƏHMƏTİ » AzadMedia.az

İLHAM

Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanın quruculuq salnaməsini inkişaf etdirən, yeni uğurlar yazan, daim Zirvəyə daşıyan və müasir siyasətimizdə alternativi olmayan yeganə Liderdir. O, Azərbaycanın milli qürur mənbəyi, dövlətçiliyimizin simvoludur.

Onun adı və nüfuzu Azərbaycanın hüdudlarını aşaraq planetar miqyas aldığından ölkəmizin dostlarının sayı qat-qat artmışdır.
Cənab İlham Əliyev Azərbaycanın neçə əsrlik taleyüklü ağrılı problemi olan erməni işğalının və torpaq iddiasının son mərhələsinə gəlib çatmaqla tarixdə heç bir sərkərdənin, siyasi liderin görə bilmədiyi missiyasını qürurla başa çatdırdı.

Şah İsmayıl 1501-ci ildə möhkəm ideoloji əsasları olan mərkəzləşmiş Azərbaycan dövlətini yaratdığı kimi, Cənab İlham Əliyev son 200 illik tariximizdə yeganə şəxsiyyət, siyasi lider kimi adını düşmən tərəfindən işğal olunmuş ərazilərin azad edilməsinə və geri qaytarılmasına nail olan Xilaskar kimi yazdırmaqla Azərbaycan tarixinin Zəfər salnaməsidir.

O, 22 illik hakimiyyəti dövründə 200 illik dövlət irsini, Azərbaycanın tarixi-siyasi xəritəsinin bərpa etməklə son yüzilliklərdə yetişmiş Ən Böyük tarixi şəxsiyyət kimi adını əbədiləşdirdi.

Prezident İlham Əliyev hədsiz dərəcədə siyasi peşəkar, mahir və çevik diplomatdır. Onun siyasi fəhmi heyrətamiz dərəcədə əvəzolunmazdır. Nəyi nə vaxt və neçə etməyi Onun qədər zərgər dəqiqliyi ilə müəyyən edəcək şəxsiyyət müasir siyasi tariximizdə barmaqla sayılacaq saydadır.
Təvazökarlıqdan uzaq olsa da etiraf etmək lazımdır ki, bəzi dövlət başçıları Ona oxşamağa çalışır, Ondan öyrəndiklərini etiraf edirlər. Serbiya Prezidenti Aleksandr Vuçiçin dəfələrlə Prezident İlham Əliyevin dövlət başçısı kimi məharətinə heyranlığını xatırlatmaq yerinə düşür.

Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyıb Ərdoğanın fikrincə, İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan bölgədə cazibə mərkəzinə çevrilib. Rusiya Prezidenti Vladimir Putin isə Azərbaycan Prezidentinin başlıca məqsədinin öz ölkəsinin, Azərbaycan xalqının xoşbəxtliyə apardığını və buna nail olduğunu vurğulayıb.

Donald Tramp dəfələrlə bəyan edib ki, İlham Əliyev böyük Liderdir, görkəmli şəxsiyyətdir.
Digər ölkələrin prezidentləri və dövlət rəhbərləri də Azərbaycan Prezidentinin nadir siyasi keyfiyyətlərinə heyranlıqlarını ifadə ediblər.

Səbrlə müşahidə edilən ecazkar siyasi müdrikliyi Azərbaycana etibarlı beynəlxalq tərəfdaşlar qazandırıb. Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda Azərbaycanı aparıcı lider dövlətə, strateji müttəfiqə çevirib.

Türk coğrafiyasının siyasi irsini zənginləşdirən Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan vahid siyasi blok yaradıb. Bir neçə gün əvvəl Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın Bu təsisata tamhüquqlu üzv olması regionnda türk dövlətlərinin yeni inkişaf və əməkdaşlıq klubunun qurulduğunu göstərir.

Bu birlik Çin və Asiyadan Xəzər-Qafqaz bölgəsinə, Zəngəzura uzanan Yeni İpək Yolu və Zəngəzur dəhlizini qovuşdurmaqla rifah mərhələsinin əsasını qoyacaq.
Bu və digər strateji layihələr həqiqətən çox uzaqgörən müdrik baxışın, gələcəyin xəritəsini müəyyən edən unikal siyasətin nəticəsidir. İlham Əliyev 50 il, 100 il sonrakı milli məqsədləri, strateji hədəflərini əsasını qoyur.

Cənab Prezident 50 milyonluq dünya azərbaycanlıların, 200 milyon türkün gələcək inkişaf xəritəsini cızır.

İlham Əliyev 22 ildir ki, öz ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr edir, gecə-gündüz yorulmaq bilmədən Ali kürsüsündə Ali vətəndaş kimi xidmət edir. Bu, Onun tükənməz millət sevgisinin nümunəsidir.

Seçilən
21
4
azadmedia.az

5Mənbələr