AZ

Qan verməyin sağlamlığa hansı faydaları var?

Mütəxəssislər qan verməyin təkcə ehtiyacı olan insanlar üçün deyil, donorun sağlamlığı üçün də mühüm faydalar verdiyini bildirirlər.


Pravda.az xatırladır ki, mütəmadi qan vermək orqanizmdə artıq dəmir səviyyəsini azaldır, bu isə ürək-damar xəstəlikləri riskinin aşağı düşməsinə kömək edir.


Qan verməyin qan dövranını yaxşılaşdırdığı, damar sağlamlığını dəstəklədiyi və bəzi xərçəng növlərinin yaranma riskini azaltdığı qeyd olunur. Eyni zamanda qan vermə zamanı bədəndə yeni qan hüceyrələrinin istehsalı sürətlənir ki, bu da ümumi sağlamlığa müsbət təsir göstərir.


Mütəxəssislərin sözlərinə görə, qan verməyin beyin sağlamlığına da faydası var. Qan dövranının yaxşılaşması beynin daha yaxşı oksigenlə təmin olunmasına şərait yaradır, bu da diqqət və zehni fəaliyyətə müsbət təsir göstərə bilər.


Bundan əlavə, qan vermə insanın psixoloji durumuna da müsbət təsir edir. Başqalarına kömək etməyin yaratdığı mənəvi rahatlıq stresin azalmasına və ruh halının yaxşılaşmasına səbəb olur.


Həkimlər sağlam şəxslərə, əks göstəriş olmadığı halda, müəyyən aralıqlarla qan verməyi tövsiyə edirlər.


Əminə Bayramova 

Tarix: 23 Dekabr 2025, 17:32   
Seçilən
49
pravda.az

1Mənbələr