AZ

Pezeşkianın qızı Bakıda Azərbaycan dilində şeir oxudu - VİDEO

Bu gün İran prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian Azərbaycanda səfərdə olub.

Paralel.az xəbər verir ki , məlumatı “Azad İran” Telegram kanalı yayıb.

Zəhra Pezeşkian Bakıda “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir texnologiyalar və beynəlxalq əməkdaşlıq” adlı konfransda iştirak edib.

Z.Pezeşkian tədbirdə Azərbaycan dilində çıxış edib və çıxışını Şəhriyarın məşhur “Salam, Heydərbaba” poemasından bir parça ilə yekunlaşdırıb.


Seçilən
44
3
paralel.az

4Mənbələr