AZ

İxtira müəlliflərinə ödəniş ediləcək

Bakı. Trend:

Yaradılan ixtira, faydalı model və sənaye nümunəsi barəsindəişəgötürənlə işçinin münasibətləri müqavilə ilə tənzimlənəcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin dekabrın 26-dakeçiriləcək plenar iclasının gündəliyində yer alan “Patenthaqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində özəksini tapıb.

Layihəyə əsasən, xidməti vəzifəsinin həyata keçirilməsi və yaişəgötürənin yazılı tapşırığı ilə əlaqədar işçinin (o cümlədənmüəllim, elmi işçi, doktorant, magistr, tələbə və s.) apardığıfundamental və tətbiqi tədqiqatlar, təcrübi işləmələr və innovativlayihələr nəticəsində yaratdığı ixtira, faydalı model və sənayenümunəsi üçün patent almaq hüququ, işəgötürənlə onun arasındabağlanılmış müqavilədə başqa şərtlər nəzərdə tutulmamışdırsa,işəgötürənə mənsubdur. Tərəflər arasında bağlanılmış müqavilədəroyalti şəklində əldə edilən gəlirlərin bölüşdürülməsi qaydalarıgöstərilməlidir.

Royalti şəklində əldə edilən gəlirdən ixtiraya, faydalı modeləvə sənaye nümunəsinə patentin alınması və qüvvədə saxlanılması üçünişəgötürən tərəfindən həmin gəlirin əldə edildiyi tarixədəkçəkilmiş bu Qanunun 39-cu maddəsində göstərilən xərclər çıxıldıqdansonra qalan vəsaitin azı 50 faizi müəllifə (və ya müəlliflərə)ödənilir, digər hissəsi isə ixtira, faydalı model və ya sənayenümunəsinin yaradıldığı işəgötürənin müvafiq struktur bölmələriarasında bölüşdürülür, habelə innovativ fəaliyyətin inkişafınayönəldilir.

İşəgötürən ixtira, faydalı model və ya sənaye nümunəsi üçünalınmış patentin qüvvədə saxlanılmaması barədə qərar qəbul etdikdəmüəllif (müəlliflər) hüquqlarının özgəninkiləşdirilməsi haqqındamüqavilə üzrə müstəsna hüququn ona verilməsini tələb edə bilər.Əgər müstəsna hüquqların verilməsi işəgötürənin xarici hüquqi vəfiziki şəxslərlə bağladığı müqavilələr üzrə öhdəliklərini pozarsa,bu halda işəgötürən hüquqların verilməsindən imtina edə bilər.

Seçilən
37
3
az.trend.az

5Mənbələr