AZ

Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın23-də Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hotelininaçılışında iştirak edib.

Trend xəbərverir ki, dövlətimizin başçısına burada yaradılmış şərait barədəməlumat verildi.

Bildirildi ki, ümumi ərazisi 2 hektardan çox olan mehmanxana 2,6 və 7 mərtəbəli olmaqla, 3 blokdan ibarətdir. 287 yerlik hotelbinasında müxtəlif siniflərə aid ümumilikdə 127 otaq var. Burada,həmçinin restoran, ictimai-iaşə zonası, iclas, tədbir və ziyafətzalları, qapalı hovuz, idman zalı yaradılıb. Hotelin ərazisində dəgeniş abadlıq işləri görülüb. Burada 120 nəfər daimi işlə təminolunub. Yeni hotel Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, AğdamMuğam Mərkəzi, Ağdam Sənaye Parkı və digər sosial infrastrukturobyektlərinin yaxınlığında yerləşir.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım MehribanƏliyeva 2022-ci ildə Ağdam şəhərində mehmanxana kompleksinintəməlqoyma mərasimində iştirak ediblər. Bu ilin fevralında isəkompleksdə görülən tikinti işləri ilə tanış olublar.

İşğaldan azad edilmiş ərazilərdə görülən bərpa və yenidənqurmaişləri çərçivəsində bu bölgədə turizm infrastrukturununformalaşdırılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib.Bu məqsədlə müasir tələblərə cavab verən hotel və mehmanxanakomplekslərinin tikintisi həyata keçirilir, turizm potensialınınreallaşdırılması üçün zəruri şərait yaradılır. Bütün bu işlər“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə BöyükQayıdışa dair I Dövlət Proqramı”na uyğun icra olunur. Bu hotellərmemarlığına görə ərazinin təbii landşaftına uyğun layihələndirilir,ekoloji standartlara və ən müasir xidmət prinsiplərinə əsaslanır.Turizm obyektləri turistlərin rahat yerləşməsi, istirahəti üçüngeniş imkanlar yaradır. Hotellərin tikintisi, həmçinin bubölgələrdə iqtisadi fəallığın artmasına, yeni iş yerlərininyaradılmasına və sahibkarlığın inkişafına təkan verir. Bütün buişlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkəninturizm potensialında mühüm yer tutmasına da zəmin yaradacaq.

Seçilən
24
49
az.trend.az

7Mənbələr