Bakı. Trend:
İddia sənədi üzrə bilavasitə təmsiletmə qaydalarımüəyyənləşdiriləcək.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin dekabrın 26-dakeçiriləcək plenar iclasının gündəliyində yer alan “Patenthaqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində özəksini tapıb.
Layihəyə əsasən, xarici hüquqi və fiziki şəxs olan iddiaçı,patent sahibi və ya digər maraqlı şəxslər iddia sənədinin verilmətarixinin müəyyən edilməsi, patentin qüvvədə saxlanılması üçünödənişlərin edilməsi, əvvəlki və daha əvvəl verilmiş iddiasənədlərinin surətlərinin təqdim edilməsi, habelə digətprosedurlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanın (qurumun) bildirişlərinin alınması ilə bağlı işləribilavasitə həmin orqanla (qurumla) aparmaq hüququna malikdirlər. Buhalda iddiaçı, patent sahibi və ya digər maraqlı şəxslər AzərbaycanRespublikası ərazisində yazışma üçün və (və ya) hüquqi sənədlərinverilməsi üçün ünvan təqdim etməlidirlər.