AZ

Bayramov Yunanıstan səfiri ilə görüşdü

23 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Yunanıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Mariya Papakonstantinunu qəbul edib.

XİN-dən Publika.az-a verilən məlumata görə, görüş zamanı, səfir Mariya Papakonstantinu etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın mövcud vəziyyəti, habelə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət və hökumət başçılarımız arasında baş tutan təmasların və aparılan müzakirələrin əlaqələrimizin təməlini təşkil etməklə yanaşı, əməkdaşlığımıza təkan verdiyi bildirilib.

İkitərəfli siyasi dialoqun, o cümlədən Xarici İşlər Nazirlikləri arasında siyasi və konsulluq məsləhətləşmələrinin mütəmadi qaydada keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Seçilən
73
12
publika.az

10Mənbələr