AZ

Dəm qazından ölən bacı qardaş Qusarda dəfn olundu

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Bir neçə gündür Bakının Xətai rayonundaı Neapol küçəsindəki evlərin birində dəm qazından zəhərlənən bacı-qardaş Zeynəb və Alim Yarəliyevlər Qusarın Düztahir kəndindəki məzarlıqda dəfn olunublar.Bizim.Media-nın əldə etdiyi məlumata görə, 17 yaşlı Zeynəb və 16 yaşlı Alim bu evdə anaları ilə birgə kirayədə yaşayırdılar.Hadisə baş verən gün anaları işdə olub, işdən qayıdanda qapını açan olmayıb və ana qonşuları köməyə çağırıb.Bu gün Qusar İH başçısı Sahir Məmmədxanov Düztahir kəndinə gəlib və mərhumların yaxınlarına başsağlığı verib.Bacı-qardaşın ölüm faktını Xətai rayon prokurorluğu araşdırır.Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
1
bizim.media

2Mənbələr