AZ

Şimal bölgəsinin məktəblərində sınaq imtahanı QALMAQALI Uşaqlar saatlarla nəyi GÖZLƏDİ?

Bizim media saytına istinadən ain.az xəbər verir.

Dekabrın 21-də Şimal bölgəsinin məktəblərində "Şahdağ" kursları tərəfindən keçirilən sınaq imtahanları valideynlər arasında narazılıq yaradıb. Valideynlər imtahanların vaxtında keçirilməməsi və tələblərə uyğun təşkil olunmamasından şikayət ediblər.Bizim.Media-ya müraciət edən valideyn Aygül Rəhimova bildirib ki, Bəhruz Ağaverdiyev adına Qusar şəhəri 1 saylı orta məktəbdə keçirilən “Şahdağ” kurslarının imtahanı zamanı bir sıra problemlərlə qarşılaşıb. O, deyib ki, 1-ci sinif şagirdi olan oğlu Sadiri imtahana gətirib. Məqsəd övladının bilik səviyyəsini yoxlamaq olub, çünki 1-ci sinifdə qiymətləndirmə aparılmır və valideyn yalnız ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə sınaq istəyib.Valideynin sözlərinə görə, imtahan planlaşdırıldığı vaxtdan gec başlayıb:"Səhər saat 9:30-da məktəbdə olduq, imtahan saat 10-da başlamalıydı, amma 12-dən sonra başladı. Balaca uşaq neçə saat gözləməli oldu".Aygül Rəhimli həmçinin əlavə edib ki, imtahan kitabçaları uşaqlara səhv paylanıb. Valideynlər hər uşaq üçün 8 manat ödəmişdilər, bəziləri isə 2-3 uşağı imtahana gətirib. Onun sözlərinə görə, xüsusilə aztəminatlı ailələr üçün bu, az məbləğ deyil.Valideyn bildirib ki, şikayəti 1 saylı tam orta məktəbin 1”A” sinfində oxuyan 17 şagirdin valideyni adından səsləndirib.Bizim.Media-nın əldə etdiyi məlumata görə, eyni problemlər Qusar şəhərində 6 saylı orta məktəb və bölgənin Quba, Xaçmaz, Şabran rayonlarındakı təhsil müəssisələrində də 1-8-ci siniflər üçün keçirilən sınaq imtahanlarında yaşanıb.Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məsələnin araşdırılacağı bildirilib.Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
1
bizim.media

2Mənbələr