İxtira və faydalı model sayılmayan obyektlərin siyahısı genişləndirilir.
Redaktor.az xəbər verir ki, bununla bağlı "Patent haqqında" qanunda dəyişiklik təklif edilir.
Layihəyə əsasən, ənənəvi biliklərə aid olan obyektlər (ənənəvi biliklərə əsaslanan ixtiralar istisna olmaqla) ixtira və faydalı model sayılmayacaq.