AZ

"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq

"Azərbaycan Dəmir Yolları" QSC regionlararası istiqamət üzrə daha bir marşrutu istifadəyə verəcək.

Marja.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

"İki şəhər, yeni marşrut. Səfərləriniz yeni xatirələrlə yadda qalacaq. Tezliklə!",- ADY sosial media səhifəsində yazıb.

"Rahat və komfortlu səyahətini təmin etmək məqsədilə Azərbaycanın iki mədəniyyət və turizm mərkəzini birləşdirəcək müasir qatar yaxın günlərdə sərnişinlərin xidmətində olacaq. İctimaiyyətə öncədən ətraflı məlumat təqdim ediləcək", - ADY qeyd edib.

Seçilən
41
9
marja.az

7Mənbələr