AZ

Kreml Azərbaycanın bu addımından narazıdır - AÇIQLAMA

"Azərbaycan və Rusiya arasında münasibətlər AZAL-ın təyyarəsinə Rusiya hava hücumundan müdafiə qüvvələrinin hücumundan sonra gərginləşmişdi. Çünki Rusiyanın bu addımı hərbi cinayət idi, onlarla insanın həyatına qəsd edilməsi idi. Azərbaycan qətiyyətli mövqe tutdu, geri çəkilmədi. Beynəlxalq hüquq normaları çərçivəsində Rusiyadan AZAL-ın təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürməsini tələb etdi. Uzun müddət Rusiya buna müqavimət göstərməyə çalışsa da, nəhayət öz törətdiyi hərbi cinayəti etiraf etməli oldu". Bunu Ajans.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. O bildirib ki, Kreml Azərbaycanın Rusiyanın maraqlarına uyğun siyasət yürütməsini istəyir: "Azərbaycan isə Rusiyanın yox, özünün maraqlarına uyğun siyasət yürüdür. Azərbaycanın çoxvektorlu siyasət kursu Rusiyanı ciddi şəkildə narahat edir. Çünki Azərbaycan Rusiyanın təsir dairəsindən çoxdan çıxıb və geriyə dönmək fikri yoxdur. 

Böyük ehtimalla Azərbaycanın çoxvektorlu siyasətinə görə, Rusiyanın təsir dairəsinə qayıtmaq fikri olmadığına görə, ABŞ-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qalxdığına görə Kreml Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirməyə başlayıb. AZAL-ın təyyarəsinin vurulmasına görə Putinin verdiyi vədlərin yerinə yetirilməməsi də bununla bağlıdır. Buna qarşılıq olaraq da Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi görüşünə getməkdən imtina etmiş ola bilər - ehtimal bundan ibarətdir. Bununla Rəsmi Bakı Kremlə mesaj verir ki, Azərbaycanın mövqeyi qətiyyətli və prinsipialdır, geri çəkilmək niyyətində deyil.

Seçilən
39
Ajans.az

1Mənbələr