ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Rusiyada teleqram messencerinin bloklanması məsələsi yenidən gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədri Sergey Boyarski “Vedomosti” nəşrinə müsahibəsində danışıb.
Deputatın sözlərinə görə, bütün əhəmiyyətli kanallar milli messencer olan “Max” platformasına köçürülənə qədər teleqramın bloklanması qeyri-mümkündür:
“Tamhüquqlu alternativ olmadan bloklama olmayacaq. Teleqrama girişin kəskin məhdudlaşdırılması həm auditoriyanın, həm də kontent yaradıcılarının maraqlarına zərbə vura bilər”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.