AZ

İtaliyalı politoloq: WUF13 ün Bakıda keçirilməsi Azərbaycan üçün qlobal səviyyədə strateji imkanlar açacaq

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 23 dekabr, Pərvanə Qafarova, AZƏRTAC

2026-cı ilin mayında Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (World Urban Forum 13 – WUF13) keçirilməsi Azərbaycan üçün müstəsna strateji imkanlar yaradacaq.

Bu barədə AZƏRTAC-a açıqlaması zamanı italiyalı politoloq, İtaliyanın Beynəlxalq Siyasi və İqtisadi Tədqiqatlar İnstitutunun rəhbəri, jurnalist Domeniko Letitsiya bildirib.

Onun sözlərinə görə, ilk növbədə forum Azərbaycanın dayanıqlı şəhər inkişafı sahəsində əldə etdiyi nailiyyətlərin nümayişi üçün möhkəm platforma formalaşdırır.

“WUF13 şəhərlərin yenilənməsi, rəqəmsallaşdırılması, “ağıllı mobilliyin” inkişafı və resursların dayanıqlı idarə olunması üzrə layihələrin təqdim edilməsinə imkan verəcək. Genişmiqyaslı modernləşmə prosesində olan Bakı texnoloji innovasiyaları, ətraf mühitin mühafizəsini və mədəni irsin qorunmasını birləşdirən nümunəvi “ağıllı şəhər” imicini daha da möhkəmləndirə biləcək”, – deyə agentliyin həmsöhbəti vurğulayıb.

Ekspert qeyd edib ki, forumun keçirilməsi Azərbaycanın regional liderliyini də gücləndirəcək, ölkənin Qafqazın geosiyasi və infrastruktur mərkəzi, eyni zamanda Avropa, Asiya və Yaxın Şərq arasında strateji körpü kimi mövqelərini möhkəmləndirəcək. Onun fikrincə, WUF13 ölkəni beynəlxalq arenada daha çox tanıtdıracaq, şəhərsalma, dayanıqlı tikinti və enerji keçidi sahələrində investisiyaların cəlb edilməsinə və çoxtərəfli əməkdaşlığın inkişafına töhfə verəcək.

Analitikin sözlərinə görə, forum uzunmüddətli şəhər siyasəti baxımından da xüsusi əhəmiyyət daşıyır: “WUF13 milli strategiyaların BMT-nin 2030-cu ilədək gündəliyinə - Yeni Şəhər Gündəliyinə və şəhər dayanıqlığı prinsiplərinə uyğun şəkildə yenilənməsi üçün katalizator rolunu oynayacaq. Beynəlxalq ekspertlərlə, çoxtərəfli təşkilatlarla və akademik ictimaiyyətlə dialoq daha inklüziv, inteqrasiya olunmuş və məlumatlara əsaslanan şəhər siyasətinin formalaşdırılmasına imkan verəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
2
azertag.az

3Mənbələr