AZ

"Bavariya"nın futbolçusu ölkəsində ən yaxşı seçildi

"Bavariya"nın yarımmüdafiəçisi Konrad Laymer ilin yekunlarına görə Avstriyanın ən yaxşı futbolçusu seçilib.

Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu səsvermədə 51 xal toplayaraq hamını qabaqlayıb.

İkinci yeri 16 xalla "Leypziq"in vingeri Kristof Baumqartner tutub. "Srvena Zvezda"nın təcrübəli hücumçusu Marko Arnautoviç (15 xal) ilk üçlüyü tamamlayıb.

Qeyd edək ki, Konrad Laymer cari mövsümdə "Bavariya"nın heyətində Bundesliqada 14 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

saytlarin hazirlanmasi

Seçilən
106
3
sportal.az

4Mənbələr