Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qudyalçayınrayon ərazisindən keçən hissəsində növbəti təmizlik aksiyasıkeçirilib.
Əraziyə işçi qüvvəsi ilə yanaşı xeyli sayda xüsusi texnika dacəlb olunub. Gün ərzində çayın ətrafı məişət və digərtullantılardan təmizlənib.
Rayon ərazisində təmizlik aksiyaları mütəmadi olaraq davametdirilir.