ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Serbiya prezidenti Aleksandr Vuçiç Rusiya ilə qaz təchizatı müqaviləsinin 31 mart 2026-cı ilə qədər uzadıldığını elan edib.
525.az xəbər verir ki, bu barədə Serbiya lideri jurnalistlərə bildirib.
"İnsanların rahat yata bilməsi üçün qaz təchizatını daha üç ay, 31 mart tarixinə qədər uzatmaq barədə razılığımız var. Serbiya bu qışda kifayət qədər elektrik enerjisi və kifayət qədər qaz təchizatına malik olacaq", - o bildirib.
Serbiya, “Qazprom” tərəfindən “Türk axını” boru kəməri ilə təchiz edilən Rusiya qazından çox asılıdır.
Pərvanə Sultanova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.