AZ

Tramp: “Venesueladan müsadirə edilən neft KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Venesuelaya məxsus neft tankerlerinin və onların içindəki xam neftin ABŞ tərəfindən saxlanılacağını və ya satıla biləcəyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Tramp bildirib ki, tanker gəmiləri də ABŞ-ın nəzarətində qalacaq.

Tramp sanksiyalar çərçivəsində Venesuela nefti ilə bağlı deyib:

“Nefti saxlayacağıq. Bəlkə satarıq, bəlkə saxlayarıq. Strateji ehtiyatlarda da istifadə edə bilərik. Gəmiləri də saxlayırıq”.

Tramp administrasiyası Venesuelanın neft gəlirlərini narkotiklə əlaqəli cinayətlərin maliyyələşdirilməsi ilə əlaqələndirir. Eyni zamanda Venesuelaya məxsus tanker gəmilərinin saxlanılmasını və neft daşımalarının əngəllənməsini beynəlxalq quldurluq kimi qiymətləndirir.

Tramp müsadirə əməliyyatlarının Venesuela Prezidenti Nikolas Maduronu vəzifədən getməyə məcbur etməyi hədəfləyib-hədəfləmədiyi ilə bağlı suala bunun mümkün ola biləcəyini deyərək,

“Bu, onun verəcəyi qərardır”, – cavabını verib.

Natiq Səlim,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
1
konkret.az

2Mənbələr