AZ

“Ata Abdullayev amnistiyaya düşmür” - Vəkilindən AÇIQLAMA

Müxtəlif cinayətlərdə təqsirli bilinərək həbs edilmiş bloqer Ata Abdullayevin də Amnistiya aktının təsirinə düşməsi və azadlığa buraxılacağı ilə bağlı məlumatlar yayılıb.

Paralel.az xəbər verir ki , məhkumun vəkili Telman Abdıyev "Qafqazinfo"ya açıqlamasında məlumatı təkzib edib.

O bildirib ki, Ata Abdullayevin Amnistiya aktına əsasən azadlığa buraxılması mümkün deyil:
 

"Mediada yayılan məlumatlar həqiqəti əks etdirmir. Ata Abdullayev ağır cinayət törətməkdə təqsirli bilinib. Onun ittiham olunduğu maddələr-182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) Amnistiya aktının təsiri altına düşmür".


Vəkilin sözlərinə görə, Ata Abdullayev artıq cəzasının 2/3 hissəsini çəkib: "Mart ayında onun çəkilməmiş cəzasından şərti olaraq azad edilməsi üçün yerli məhkəməyə müraciət edəcəyik".

Seçilən
41
11
paralel.az

10Mənbələr