AZ

Bu il qlobal qaz istehlakı 25 milyard kubmetr artıb

ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.

Enerji sektorunda siyasi amillərin artan təsirinə baxmayaraq, 2025-ci ildə qlobal qaz istehlakı 2024-cü illə müqayisədə 25 milyard kubmetr artıb.Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə "Qazprom" şirkətinin açıqlamasında bildirilir.Məlumata görə, Avropa birjasında qazın qiyməti 1000 kubmetr üçün 350 dollardan aşağı düşüb. Əhəmiyyətli inkişaflar arasında bərpa olunan enerji layihələrinə marağın azalması və bir sıra ölkələrdə və beynəlxalq enerji şirkətlərində inkişaf prioritetlərinin karbohidrogenlərə doğru dəyişməsi yer alır."Qazprom" əvvəllər qlobal qaz istehlakının 2024-cü ildə rekord həddə - 4,17 trilyon kubmetrə çatacağını və il ərzində 100 milyard kubmetr artım göstərəcəyini bildirmişdi .Qeyd edək ki, Qaz İxrac Edən Ölkələr Forumu 2025-ci ildə qlobal qaz tələbatının artım proqnozunu 1,5%-ə endirib.Cavid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
newscenter.az

2Mənbələr