AZ

Britaniya hökuməti etirazlardan sonra fermerlər üçün vergi qaydalarını yumşaldıb

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Böyük Britaniya hökuməti aylarla davam edən etirazlardan sonra fermerlər üçün vergi artımı ilə bağlı qaydalara düzəliş edib.

APA xəbər verir ki, bu barədə krallığın Ətraf Mühitin, Qida və Kənd Təsərrüfatının İnkişafı Nazirliyi məlumat yayıb.

Yeni qərara əsasən, 20 faiz miras vergisi yalnız dəyəri 2,5 milyon funt sterlinqdən yuxarı olan fermaların sahiblərinə şamil ediləcək. Əvvəlki plana görə bu hədd 1 milyon funt nəzərdə tutulurdu.

Qaydaların 2026-cı ilin aprelindən qüvvəyə minəcəyi bildirilir. Hökumətin hesablamalarına görə, dəyişiklik nəticəsində vergi ödəyəcək fermaların sayı 375-dən 185-ə enəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
4
apa.az

5Mənbələr