AZ

Haqsız rəqabətlə bağlı 65 müraciət olunub, qərar qəbul edilib

Azpost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

2025-ci ilin yanvar-oktyabr ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə daxil olan müraciətlər əsasında haqsız rəqabətə yol verilməklə rəqabət qanunvericiliyinin pozulması halları ilə əlaqədar 65 qərar qəbul edilib və araşdırmalara başlanılıb.

Dövlət Agentliyinin məlumatına görə, həyata keçirilən maarifləndirmə tədbirləri və verilən göstərişlərin nəticəsi olaraq 15 bazar subyekti aşkar edilən pozuntu hallarını könüllü aradan qaldırıb.

Haqsız rəqabətlə mübarizə istiqamətində həyata keçirilən tədbirlər bazarda ədalətli və şəffaf fəaliyyət mühitinin formalaşmasına xidmət edir, istehlakçıların hüquqlarının pozulmasının qarşısını alır və sahibkarlar üçün bərabər fəaliyyət imkanları yaradır. Bu tədbirlərin icrası nəticəsində bazarın sabitliyi artır, keyfiyyətli məhsul və xidmətlərin təklifi genişlənir.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
2
azpost.info

3Mənbələr