Bakı. Trend:
ABŞ-nin Florida ştatının sakini olan bir qadın eyni gün ərzindəiki keçmiş ərini qətlə yetirməkdə şübhəli bilinir.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Florida ştatının Manatidairəsinin şerif ofisi məlumat yayıb.
Məlumata görə, hadisə ötən həftə baş verib. Polis əməkdaşlarıyaşayış evində atışma ilə bağlı çağırışa gediblər və hadisə yerinəçatdıqda yaralı kişi aşkarlayıblar.
Hüquq-mühafizə orqanları həmin anda qadının daha bir keçmişərinin olduğunu aşkar edərək, onun evini də yoxlamağa qərarveriblər. Orada da kişi meyiti tapılıb.
Cinayətlərin motivi barədə məlumat verilmir.
Faktla bağlı araşdırma aparılır.