AZ

Türkiyədə minimal əməkhaqqı artırılıb

Türkiyədə gələn il üçün tətbiq olunacaq minimum əməkhaqqının məbləği bəlli olub.Bu barədə Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan açıqlama yayıb.

Onun sözlərinə görə, yeni minimal əməkhaqqı 28 min 75 lirə (1,114 AZN) olaraq müəyyən edilib.

Bu qərar 2026-cı ilin yanvar ayından etibarən qüvvəyə minəcək və ölkədəki bir çox digər sosial ödənişlərin, eləcə də cərimələrin hesablanmasına təsir göstərəcək.

Seçilən
61
5
anews.az

7Mənbələr