AZ

Duzun çox qəbulunun hansı zərərləri var? -Həkim AÇIQLADI

Onkoloq Vladimir İvaşkov çox duz istehlakının ürək-damar xəstəlikləri, böyrək problemləri və katarakta riskini artıra biləcəyini bildirib.

Redaktor.az xəbər verir ki, həkim özünün teleqram kanalında rasionda duzun artıq olmasının əlamətlərini açıqlayıb.

Onun sözlərinə görə, bu əlamətlərdən biri daim susuzluq hissidir. Həmçinin səhərlər daha çox üz və göz qapaqlarında yaranan şişkinlik də duzun həddindən artıq qəbulundan xəbər verə bilər.

İvaşkov əlavə edib ki, heç bir aydın səbəb olmadan bədən çəkisinin 2-5 kiloqram arasında dəyişməsi də orqanizmdə duzun artıq olmasının göstəricisi sayılır.

Aytəkin TOFİQQIZI

Seçilən
60
1
redaktor.az

2Mənbələr