Lionel Messinin insani keyfiyyətləri ilə bağlı maraqlı faktlar ortaya çıxmağa davam edir.
Fanat.Az xəber verir ki, sabiq "Barselona"lı Kristian Tello ulduz futbolçu ilə bağlı unudulmaz bir xatirəsini paylaşıb.
Tellonun övladı dünyaya gəldiyi gün "Barselona" "Levante" ilə qarşılaşıb və hər kəs ona hədiyyələr gətirdiyi halda, Messi "sənin hədiyyən meydanda olacaq" deyib.
Həmin oyunda Messi Telloya ardıcıl 3 məhsuldar ötürmə verərək onun het-trik etməsinə şərait yaradıb. Matçdan sonra isə Messi oyunun topunu alaraq üzərinə Tellonun oğlunun adını yazıb imzalayıb və "bu, oğlunun hədiyyəsidir" deyərək ona təqdim edib.
Argentinalı superulduzun bu jesti azarkeşlər tərəfindən hörmət və sevgi ilə qarşılanıb.
Kamil Xudiyev