AZ

“Qrenlandiya ABŞ ın münasibətindən təəssüflənir” Baş nazir

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“Qrenlandiya hökuməti ABŞ rəsmilərinin adanı açıq şəkildə ələ keçirmək istədikləri barədə yeni açıqlamalarından təəssüfləndiyini bildirir”.

525.az xəbər verir ki, bu barədə Baş nazir Yens-Frederik Nilsen deyib.

"Bu, kədərlidir, çünki belə açıqlamalar hörmətsizliyi nümayiş etdirir. Daha aydın sərhədlərə ehtiyac var. Biz uzun tarixə və güclü mədəniyyətə malik bir xalqıq. Biz ərazimizə və gələcəyimizə görə məsuliyyət daşıyırıq", - Baş nazir bildirib.

Siyasətçi qeyd edib ki, Qrenlandiyanın ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ beynəlxalq hüquqa əsaslanır və sadəcə olaraq gözardı edilə bilməz.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
525.az

1Mənbələr