AZ

Məhkəmə hakimi yol qəzasında dünyasını dəyişibVİDEO

Abşeron rayonu ərazisində iki avtomobil toqquşub, məhkəmə hakimi olan sərnişin dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Novxanı-Pirşağı yolunda baş verib.

Abşeron sakini, 58 yaşlı Yadigar Babayevin idarə etdiyi avtomobil 42 yaşlı Nurlan Abdulrəhimovun minik maşını ilə toqquşub. Nəticədə 37 yaşlı sərnişin Aynur Rzayeva dünyasını dəyişib. Həmin vaxt maşını onun sürücüsü idarə edib. Hər ikisi xəstəxanaya aparılsa da, qadın yolda dünyasını dəyişib.

Hadisə nəticəsində dünyasını dəyişən Aynur Rzayeva  Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi olub. O, bu vəzifəyə 2022-ci ildə Prezident İlham Əliyevin "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında" sərəncamı ilə təyinat almışdı.

Hakimlə bağlı bəzi təfərrüatlar da məlum olub. Bildirilir ki, o, şəhid övladıdır. Mərhum hakimin həyat yoldaşı Ceyhun Hümbətov Bakı Şəhər Prokurorluğunda idarə rəisidir.

Qeyd edək ki, Aynur Rzayevin iki övladı var.

Digər yaralı Yadigar Babayevin son vəziyyəti ilə bağlı TƏBİB-dən qeyd edildi ki, həmin şəxsə sol baldır sümüklərinin yerdəyişən sınığı, sirkə kasasının sınığı diaqnozları təyin edilib. Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
35
xezerxeber.az

1Mənbələr