AZ

Türkiyədə 2026 cı il üçün minimum maaş müəyyən edildi 1311 MANAT

Marja.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyədə milyonlarla işçinin diqqətlə izlədiyi minimum əməkhaqqı prosesi çərçivəsində yekun iclas keçirilib.

Marja xəbər verir ki, Minimum Əməkhaqqının Müəyyənləşdirilməsi Komissiyasının üçüncü və son iclası üçün işçi tərəfi istisna olmaqla digər tərəflər Əmək və Sosial Təminat Nazirliyinin ev sahibliyi ilə toplaşıb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2026-cı il üçün xalis (Nett) minimum əməkhaqqı 27 faiz artırılaraq 28 min 75 Türkiyə lirəsi (car məzənnə ilə 1114 manat), (Gross) minimum əməkhaqqı isə 33 min 30 TL (cari məzənnə ilə 1311 manat) müəyyən edilib. 

Ötən il 1 000 TL olaraq tətbiq edilən minimum əməkhaqqı dəstəyi 1 270 TL-yə yüksəldilib.

“GROSS” əmək haqqı – vergi ödənişlərindən öncə işçiyə hesablanan əmək haqqı.

“NETT” əmək haqqı – vergi ödənişlərindən sonra olan əmək haqqı (işçiyə verilən məbləğ).

İş elanları AzVak.az-da

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
50
marja.az

10Mənbələr