"Milan" futbolçusu Divok Oriqi ilə yolları ayırdığını rəsmən açıqlayıb.
QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
A seriyası təmsilçisi 30 yaşlı hücumçu ilə müqaviləni vaxtından əvvəl ləğv edib. Klub oyunçuya gələcək həyatında uğurlar arzulayıb.
Divok Oriqi 2022-ci ildə “Milan”a keçmiş və klubla 4 illik müqavilə imzalamışdı. O, 2023-cü ilin may ayından “Milan”ın heyətində meydana çıxmayıb. Oriqi 2023/2024 mövsümünü icarə əsasında İngiltərənin “Nottingem Forest” klubunda keçirib. Bundan sonra isə “Milan”ın əsas heyətindən kənarda qalıb və fərdi şəkildə məşq edib.