Məşhur aktrisa Zarina Qurbanova səsi ilə heyran edib.
KONKRET.az Ölkə.Az-a istinadən xəbər verir ki, o, “Komedixana”nın konsertində canlı ifası ilə diqqət çəkib. Onun opera ifası tamaşaçıların alqışları ilə müşayiət edilib.
“Heydər Əliyev Sarayında “Komedixana”nın 3 gün davam edən “Bayram bazarlığı” adlı konserti bugün sona çatdı. Hər birinizə təşəkkür edirik əziz tamaşaçılar, var olun. Öz növbəmdə deyim ki, mənim üçün bu konsert proqramı xüsusən fərqli oldu. 3 gün ərzində sizin qarşınızda oynadığım səhnələrlə yanaşı, canlı ifam bir başqa məsuliyyəti yüklədi. O qədər gözəl geridönüş aldım, o qədər sevgi. Çox-çox sağ olun. 20 il işlək olmayan səsimlə bacardığımı etdim. Buna görə də anama təşəkkür edirəm. 7 il boyunca əlimdən tutub vokal dərslərinə inadla apardığı üçün. Hər dəfəsində də deyirdi ki, zamanı gələcək, lazım olacaq. O zaman bu zaman imiş”, – deyə Zarina fikirlərini bölüşüb.