AZ

Pakistan Beynəlxalq Hava Yolları hərracda satıldı

Ajans.az  xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Məlumata görə, Pakistan hökuməti tərəfindən müəyyən edilmiş ilkin qiymət 100 milyard rupi (təxminən 357 milyon dollar - red.) olub. Şirkət uğrunda üç iddiaçı mübarizə aparıb. Özəl konsorsium Arif Həbib hərracda qalib gəlib və PIA-nın səhmlərinin 75%-i üçün ən yüksək qiyməti təklif edib. Satışdan əldə edilən gəlirin 92.5%-i aviaşirkətə yenidən investisiya qoyuluşu üçün istifadə olunacaq.

Pakistanın Baş naziri Şahbaz Şərif hərracdan əvvəl bildirib ki, tədbir uğurlu olarsa, PIA-nın satışı İslam Respublikası tarixində ən böyük satış olacaq.

Seçilən
47
7
Ajans.az

9Mənbələr