AZ

Türkiyə DİN dən əl Həddadın qəzaya uğraması ilə bağlı AÇIQLAMA

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Bu axşam saat 20:10-da Ankaranın Esenboğa Hava Limanından Tripoliyə uçan, quyruq nömrəsi 9H-DFJ olan Falcon-50 tipli biznes jeti ilə saat 20:52 radələrində əlaqə kəsilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya paylaşım edib.

Məlumata görə, təyyarədən Haymana ətrafında təcili eniş barədə bildiriş daxil olub. Lakin bundan sonra hava gəmisi ilə yenidən əlaqə yaratmaq mümkün olmayıb.

Bildirilib ki, təyyarədə Liviyanın Baş Qərargah rəisi, general-polkovnik Məhəmməd Əli Əhməd əl-Həddad da daxil olmaqla beş sərnişin olub.

Rəsmi qurumların araşdırması davam edir, əlavə məlumat gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
6
globalinfo.az

7Mənbələr