Bu gün Türkiyə Kuboku çərçivəsində futbol azarkeşlərinin səbirsizliklə gözlədiyi İstanbul derbisi keçirilib.
"Unikal" xəbər verir ki, turnirin növbəti mərhələsində “Fənərbaxça” doğma meydanda əzəli rəqibi “Beşiktaş”ı qəbul edib.
Gərgin keçən matçda azarkeşlər 3 qola şahidlik ediblər. Oyun "qara qartallar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.