Operativmedia saytından alınan məlumata görə, ain.az bildirir.
Türkiyə Kubokunun C qrupunda qrup mərhələsinin ilk oyununda “Fənərbaxça” ilə “Beşiktaş” üz-üzə gəlib.
Operativ Media xəbər verir ki, üç qolun qeydə alındığı İstanbul derbisində qonaq komanda 2:1 hesabı ilə qalib gəlib.
“Beşiktaş”ın qələbə qollarını 33-cü və 90+1-ci dəqiqələrdə Vaçlav Çerni vurub. “Fənərbaxça”nın yeganə qolu isə 43-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Marko Asensionun adına yazılıb.
Bu nəticədən sonra “Beşiktaş” turnirə qələbə ilə başlayaraq 3 xalı aktivinə yazdırıb. “Fənərbaxça” isə Türkiyə Kubokuna məğlubiyyətlə start verib.
“Fənərbaxça” Türkiyə Kubokunun II turunda yanvarın 14-də, çərşənbə günü səfərdə “Beyoğlu Yeni Çarşı” ilə qarşılaşacaq. “Beşiktaş” isə yanvarın 15-də, cümə axşamı günü doğma meydanda “Ankara Keçiörengücü”nü qəbul edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.