AZ

Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Müşfiq küçəsi, ev 3 ünvanında fiziki şəxs Salahov Şahin Salam oğluna məxsus həyətyanı sahədə qida təhlükəsizliyi qeydiyyatından keçmədən, antisanitar şəraitdə qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb.

Belə ki, yoxlama zamanı baytarlıq-müşayiətedici sənədləri olmayan 2000 baş ev quşunun baytarlıq tələbləri və heyvan rifahı gözlənilmədən kəsiminin həyata keçirildiyi məlum olub. Müəssisə daxilində havalandırma sistemlərinin quraşdırılmaması nəticəsində kondensasiya prosesi zamanı yaranmış suların, o cümlədən yağış sularının tavandan birbaşa qida məhsullarının üzərinə töküldüyü, kəsim prosesində sanitar-gigiyenik tələblərə riayət edilmədiyi, tüklərin təmizlənməsi, pörtlədilməsi, içalatın təmizlənməsinin eyni sahədə həyata keçirildiyi, kəsilmiş toyuqların birbaşa döşəmə üzərinə yığıldığı müəyyən edilib. Eyni zamanda "kənd toyuğu" təəssüratı yaratmaq məqsədilə mənşəyi məlum olmayan rənglərdən istifadə edilərək toyuqların rənglənməsi halları da aşkarlanıb. Sahibkar ev quşlarının bazarlarda satışa çıxarıldığını bildirib. 

Faktla bağlı sahibkar barəsində inzibati icraata başlanılıb. Toyuqların kəsimi və toyuq məhsullarının dövriyyəsi qadağan edilib, məhsullar ərazidən kənarlaşdırılaraq saxlanca verilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Müəssisənin fəaliyyəti dayandırılıb. Araşdırmalar davam etdirilir.

Linkə keçid edərək videoməlumatla tanış ola bilərsiniz:

Qida Təhlükəsizliyi Agentliyi AQTA yoxlama qanunsuz quş kəsimi sexi Abşeron rayonu Xırdalan Xırdalanda qanunsuz sex antisanitar şəraitdə quş kəsimi qeydiyyatsız qida istehsalı baytarlıq sənədləri olmayan toyuqlar 2000 baş ev quşu toyuq kəsimi qayda pozuntusu qida təhlükəsizliyi pozuntuları kənd toyuğu adı ilə satış toyuqların rənglənməsi sanitar-gigiyenik tələblərin pozulması qanunsuz qida dövriyyəsi AQTA inzibati icraat quş əti satışına qadağa toyuq məhsulları laborator müayinə Xırdalan qida təhlükəsizliyi xəbəri Azərbaycanda qanunsuz qida istehsalı
Seçilən
59
18
marja.az

10Mənbələr