AZ

50 yaşlı Bredli Kuperdən model Cici Hadidə evlilik təklifi

Hollivud aktyoru Bredli Kuper model Cici Hadidə evlilik təklifi edib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, 50 yaşlı aktyor 30 yaşlı sevgilisinə evlilik təklifi etməzdən əvvəl onun anası İolanda Hadiddən xeyir-dua alıb.

"Onun anası İolanda razıdır, bu, çox asan oldu. Amma indi Cici atasına da Bredli ilə evlənmək istədiyini deyib. Bu artıq daha böyük və daha rəsmi bir addımdır", - deyə nəşrin mənbəyi bildirib.

Məlumata görə, cütlüyün toyu 2026-cı ilə planlaşdırıla bilər. Toyun tezliklə baş tutmasının əsas səbəbi cütlüyün əvvəlki münasibətlərdən olan uşaqları birlikdə böyütmək istəməsidir.

Bredli Kuperin model İrina Şeykdən 8 yaşlı Lea adlı qızı var və qız son vaxtlar Hadidin yanında daha tez-tez görünür. Modelin özünün isə müğənni Zeyn Malikdən 5 yaşlı Xay adlı qızı var.

Seçilən
54
2
far.az

3Mənbələr