AZ

Elxan Məmmədovun sədr qardaşı 159 min manatı görün nəyə xərcləmək istəyirmiş

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yun və pambıq xammalının satın alınması ilə bağlı elan etdiyi müsabiqə baş tutmayıb. 

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, əğv edilmə səbəbi kimi müsabiqədə iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim edən, tələb olunduğu halda müvafiq lisenziya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib. Bu hal “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinə əsasən müsabiqənin dayandırılmasına səbəb olub.

Qeyd edək ki, ləğv edilən satınalma üzrə ehtimal olunan qiymət 159.449,33 manat təşkil edib. Bu məbləğdə xammal alınmasına marağın aşağı olması “Azərxalça”nın satınalma siyasəti və bazar şərtləri ilə bağlı sualları gündəmə gətirir.

Qeyd edək ki, E.Məmmədovun xalq rəssamı Səlhab (Salxab) İsa oğlu Məmmədovun oğlu, AFFA-nın sabiq  vitse-prezidenti Elxan Məmmədovun qardaşıdır.

Xatırladaq ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Emin Məmmədovdur.

Seçilən
49
nocomment.az

1Mənbələr