AZ

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-cı ilin mart ayında çatdırılmaqla gümüş fyuçersinin qiyməti bir troya unsiyası üçün 71 dolları ötərək tarixi maksimumunu yeniləyib.

"Report"un məlumatına görə, bu, ticarət platformasının göstəricilərindən məlum olur.

Bakı vaxtı ilə saat 21:04-ə olan məlumata görə, qiymətli metalın dəyəri 3,68 % artaraq bir troya unsiyası üçün 71,085 dollar təşkil edib. Saat 21:20-yə yaxın gümüşün qiymət artımı bir qədər yavaşlayaraq bir unsiya üçün 71,11 dollara (+3,71 %) enib.

Eyni zamanda, "Comex" birjasında 2026-cı ilin fevralında çatdırılmaqla qızıl fyuçersinin qiyməti 4 503,9 dollar (+0,77 %) səviyyəsində qərarlaşıb.

“Cebheinfo.az”

Seçilən
10
10
cebheinfo.az

10Mənbələr