AZ

İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib

Marja.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

BOKT "International” ASC-nin AZ2040021027 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 23.12.2025-ci il tarixində yekunlaşıb.

Marja.az xəbər verir ki, 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın  3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  BOKT "International" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2040021027

İstiqrazların növü və forması: İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması: Kütləvi / Rəqabətli hərrac

İstiqrazların sayı:  10 000 ədəd

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi: 1,000,000 manat

İllik gəlirlilik faizi: 18%

Minimal qiymət: 100 (18.0000%) manat

Maksimal qiymət: 100 (18.0000%) manat

Kəsmə qiyməti: 100 (18.0000%) manat

Ortaçəkili qiyməti: 100 (18.0000%) manat

İstiqrazların reallaşdırılmış həcmi: 1 000 000 manat

İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 1 000 000 manat

İnvestor sayı: 52

Sifariş sayı: 52

Ödəmə Periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir

Tədavül müddəti: 3 il

Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
1
marja.az

2Mənbələr