Məşhur bloqerin uşaqları evdən qaçmağa cəhd edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Karton qutudan gəmi düzəldən balacaları böyük qardaşları ələ verib, yuxulu ata onları küçədə tutub.
Məlumata görə, məşhur bloqer Anya Maxlinanın ailəsində səhər heç də sakit başlamayıb. Onun iki və dörd yaşlı oğulları evdən qaçmaq qərarına gəliblər.
Uşaqlar böyük qardaşlarını da özləri ilə dəvət etsələr də, o, bu təklifdən imtina edib. Balacalar hətta karton qutudan “kosmik gəmi” düzəldərək onunla “uçub getmək” istəyiblər.
Lakin qaçış planı baş tutmayıb. Böyük uşaq qardaşlarının niyyəti barədə valideynlərinə xəbər verib.
Gözündə yuxu maskası olan yuxulu ata dərhal uşaqların arxasınca qaçıb və onları elə küçədəcə yaxalayaraq geri qaytarıb. Hadisə xoşbəxt sonluqla bitib.
Xuraman Etibarlı
İnterpress.az