"Sumqayıt"ın müdafiəçisi Abdul Raşid Mumini və "Neftçi"nin yarımmüdafiəçisi Sessi D`Almeydanın da üzvü olduğu Benin millisi Afrika Millətlər Kubokunda 1-ci tur matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, B qrupunda mübarizə aparan komanda Konqo ilə üz-üzə gəlib.
Görüş Benin yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Həm Mumini, həm də D`Almeyda iştirak ediblər. Onlar start heyədə meydana çıxıblar.
Mumini sonadək oynayıb. D`Almeyda isə 82-ci dəqiqədə əvəzlənib.