AZ

“Arsenal” “Kristal Palas”ı penaltilərdə məğlub edərək Liqa Kubokunun yarımfinalına vəsiqə qazanıb VİDEO

ain.az, Idman.biz saytına istinadən bildirir.

İngiltərə Liqa Kubokunun dörddəbir final mərhələsinin “Arsenal” və “Kristal Palas” komandaları arasında oyun başa çatıb.

İdman.Biz bildirir ki, əsas və əlavə vaxtda komandalar 1:1 hesablı heç-heçə ediblər, penaltilər seriyasında isə “topçular” 8:7 hesablı qələbə qazanıblar.

Oyun Londondakı “Emirates” stadionunda baş tutub.

80-ci dəqiqədə “Palas”ın müdafiəçisi Maksens Lakrua öz qapısına qol vuraraq “topçular”ı irəli çıxarıb. 90+5-ci dəqiqədə Mark Qehi hesabı bərabərləşdirib.

“Arsenal” yarımfinalda “Çelsi”" ilə qarşılaşacaq. Digər yarımfinal oyununda isə “Nyukasl Yunayted” və “Mançester Siti” qarşılaşacaq. Yarımfinalın ilk oyunları 12 yanvar həftəsində keçiriləcək.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
5
icma.az

9Mənbələr